Premyer Liqa klubu hesabat açıqladı - 119 milyon itirib
“Aston Villa”, ötən ilin mayına qədər olan son hesabatını açıqalyıb.
Valyuta.az xəbər verir ki, klub həmin dönəmlərdə 119,6 milyon funt-sterlinq zərər etdiyini bildirib. Hesablar “Aston-Villa”nın Avrokuboklara vəsiqə qazanması üçün Premyer Liqada yeddinci yeri tutduğu bir dövrü əhatə edir.
“Aston Villa” 2021-22-ci illərdəki hesabatlarında 300.000 funt-sterlinq qazanc əldə etdiyini açıqlamışdı. Bunda İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qrealişin 100 milyon funt-sterlinqə “Mançester Siti”yə satılmasının da köməyi olmuşdu. Midlands təmsilçisi 2022-23-cü illərdə 217,7 milyon funt-sterlinq gəlir əldə edib.
Onlar yeni oyunçulara 63,7 milyon funt-sterlinq xərcləyiblər. Bununla yanaşı iki il əvvəl "Sevilya"dan Dieqo Karlosu 26, “Barselona”dan isə Filip Koutinyonu 17 milyon funt-sterlinqə transfer ediblər. Eyni zamanda oyunçu satışlarından 22 milyon funt-sterlinq qazanıblar. Maaş ödənişləri 137-dən 194,2 milyon funt-sterlinqə yüksəlib. Həmçinin oyunçu müqavilələrinin dəyəri 10 milyon funt-sterlinq artaraq, 92,5 milyona yüksəlib. Klub həmçinin baş məşqçi Stiven Cerrardı istefaya göndərib onun əvəzinə Unai Emerini dəvət edib.
Keçən yay “Aston Villa” 51 milyon funt-sterlinq qarşılığında “Bayer”dən fransalı cinah oyunçusu Moussa Diabi və “Vilyarreal”dan ispaniyalı mərkəz müdafiəçisi Pau Torresi 31.5 milyon funt-sterlinqə transfer edib. Bu rəqəmlər isə gələn ilin hesablarına daxil ediləcək. Hazırda “Aston Villa” Premyer Liqada dördüncü yerdədi və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmağa hazırlaşırlar.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay