Dövlət Duması: “Xarici agentlər” reklam qanununa görə gəlirlərinin 80%-ni itirəcək”
Xarici agentlərin resurslarının reklamını və onlarda reklam yerləşdirməsini qadağan edən qanunun qüvvəyə minməsi nəticəsində xarici agentlər bütün reklam gəlirlərinin 50-80%-ni itirəcəklər.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, ümumilikdə söhbət 5 milyard rubldan gedir.
Volodin əlavə edib ki, son vaxtlar xarici agentlərə - “Silahlı Qüvvələrimizi gözdən salmaqla, ölkəni ləkələməklə məşğul olan, bir qayda olaraq, xaricdə yaşayanların hamısına” mükafat verilməsinin qadağan edilməsi ilə bağlı təkliflər səslənir.
Deputat vurğulayıb ki, Rusiya haqqında mənfi danışan “əclafları” rusların vergilərindən onlara pul köçürməklə yedizdirmək olmaz.
Fevralın 28-də Dövlət Duması üçüncü və yekun oxunuşda xarici agentlərin resurslarının reklamını və onların üzərində reklam yerləşdirməyi qadağan edən qanun qəbul edib.
Qanun xarici agentlərin bütün informasiya resurslarında reklam yerləşdirməyi tamamilə qadağan edir, həmçinin bu cür resursların reklamına qadağa qoyur. Qanunun pozulmasına görə həm reklam verən, həm də reklam yayımlayan şəxs məsuliyyət daşıyacaq.
İndi xarici agentlərin resurslarının reklamına qoyulan qadağa KİV-lərə də şamil edilir, həmçinin informasiya və telekommunikasiya şəbəkələrində xarici agentlərin mesaj və media materiallarında reklamı qadağan edilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay