BRICS alıcılıq qabiliyyəti paritetində G7-ni ötdü
BRICS-ə üzv ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri) artıq bir sıra makroiqtisadi göstəricilərə görə G7 ölkələrini geridə qoyublar.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, alıcılıq qabiliyyəti paritetinə görə BRICS artıq G7 ölkələrini ötüb: assosiasiya qlobal ÜDM-in 35,6%-ni (G7-nin 30,3%-nə qarşı) təşkil edir. Uşakov ümid etdiyini bildirib ki, 2028-ci ilə qədər vəziyyət BRİKS-in xeyrinə əhəmiyyətli dərəcədə dəyişəcək: 36,6% qarşı 27,8%.
Rusiya prezidentinin köməkçisi xatırladıb ki, BRICS-ə üzv ölkələrin qlobal iqtisadiyyatda ümumi çəkisi 58,9 trilyon dollar təşkil edir. Birliyin ölkələri yer kürəsinin 36%-ni, dünya əhalisinin 45%-ni (3,6 milyard nəfər), ümumi neft hasilatının 40%-dən çoxunu və dünya mal ixracının təxminən dörddə birini təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay