Xəbər
04.03.2024 / 18:00
Bələdiyyə sədri cərimələnib
43613
Ağstafa şəhər bələdiyyəsinin sədri Yusif Nəsibov cərimələnib.
Valyuta.az-ın məlumatına görə, bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilib.
İşə Ağstafa Rayon Məhkəməsin hakimi Zamiq Rəsulovun sədrliyi ilə baxılıb və bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında inzibati qaydada cərimə olunub.
Sadiq İsbəndərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay