Ən dəyərli türk futbolçular müəyyənləşdi
Ən dəyərli türkiyəli futbolçuların siyahısı yenilənib.
Valyuta.az xəbər verir ki, “Transfermarkt”ın müəyyənləşdirdiyi siyahıda ilk pillədə “İnter”in ulduzu Hakan Çalhanoğlu yer alıb.
40 milyon avro dəyəri olan Hakanı Portuqaliya “Benfika”sından Orkun Kökçü izləyir. Onun qiyməti 30 milyon avro dəyərləndirilib.
İlk “üçlüy”ü isə “Xetafe”nin “Bornmut”da icarə əsasında çıxış edən futbolçusu Enes Ünal qapayır. Ünala 25 milyon avro qiymət verilib.
Siyahı aşağıdakı kimidir və azdan çoxa doğru hazırlanıb.
Kenan Yıldız - “Yuventus” (İtaliya) - 10 milyon avro
Yusuf Yazıcı - “Lill” (Fransa) - 10 milyon avro
Altay Bayındır - “Mançester Yunayted” (İngiltərə) - 10 milyon avro
Abdülkerim Bardakcı - “Qalatasaray” - 10 milyon avro
Çağlar Söyüncü - “Atletiko” (İspaniya)- 12 milyon avro
Ozan Kabak - “Hoffenhaym” (Almaniya) - 13 milyon avro
Salih Özcan - (“Borussiya”, Dortmund, Almaniya) - 13 milyon avro
Arda Güler - “Real” (İspaniya) - 15 milyon avro
Cengiz Ünder - “Fənərbağça” - 16 milyon avro
Kerem Aktürkoğlu - “Qalatasaray” - 17 milyon avro
Merih Demiral - “Al-Ahli” (Səudiyyə Ərəbistanı) - 18 milyon avro
Ferdi Kadıoğlu - “Fənərbağça” - 20 milyon avro
Enes Ünal - “Xetafe” (İspaniya), (“Bornmut”, İngiltərə, icarə) - 25 milyon avro
Orkun Kökçü - “Benfika” (Portuqaliya) - 30 milyon avro
Hakan Çalhanoğlu - “İnter” (İtaliya) - 40 milyon avro
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay