Dünya
04.03.2024 / 13:02
Türkiyədə illik inflyasiya 67%-i ötüb
43588
Türkiyədə illik inflyasiya fevral ayında yenidən artıb.
Türkiyə Statistika Təşkilatından (TÜİK) bidirilib ki, cari ilin fevral ayında illik inflyasiya 67.07% təşkil edib. Yanvar ayında bu rəqəm 64.86% idi. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.53%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 11.54% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43.44% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.78% ilə restoran və otel qiymətləri olub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay