Statistika
01.03.2024 / 14:40
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatıb
43431
2024-cü il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650.3 milyon ABŞ dolları təşkil edib. Bu 2015-ci ilin yanvar ayından (12 milyard 680 milyon manat) bəri ən yüksək göstəricidir.
Azərbaycan Mərkəzi Bankın məlumatlarına görə, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0.11% və ya 13.3 milyon dollar çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.32%, 2023-ci ilin mart ayının 1-i ilə müqayisədə isə 23.4% artıb.
© APA-Economics
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay