Kakaonun qiyməti rekord həddə çatdı, Qərb istehsalçıları alternativ tapdı
Kakaonun qiymətinin rekord dərəcədə artması ilə əlaqədar olaraq, Qərb qənnadı istehsalçıları tərkibində bu bahalı inqrediyentdən az və ya heç olmayan şirniyyatlar istehsal edirlər.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Mars" şirkəti ötən il özünün məşhur "Galaxy" şokolad çubuğunun qiymətini aşağı salmadan çəkisini 10 qrama azaldıb və bu britaniyalı alıcıları təəccüblənib. Ancaq kakao ticarətçiləri belə bir addım gözləyirdilər.
Kakaonun qiyməti rekord həddə çatıb və bazar iştirakçıları tezliklə eniş gözləmirlər. Dünyanın ən böyük istehsalçısı olan Qərbi Afrikadakı quraqlıq və xəstəlik, eləcə də struktur problemləri qiymətləri yüksəldib.
Milli Şirniyyatçılar Assosiasiyasının baş vitse-prezidenti Brian Makkeon bildirib ki, qiymət artımlarının məhdud olması ilə şirkətlər qablaşdırmanı azaldır, xərcləri azaltmaq üçün avtomatlaşdırmadan istifadə edir və daha az kakao və ya digər inqrediyentlər olan məhsulları təşviq edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay