Dünya
29.02.2024 / 23:48
İnvestorlar Yaponiya fond bazarından qaçır
43334
Yaponiya fond bazarı kapital axını ilə üz-üzədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Xarici investorlar fevralın 22-də başa çatan qısaldılmış həftədə Yaponiya səhmlərindən 19 milyon dollar çıxarıblar. Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, xaricilər ardıcıl ikinci həftə yerli borc bazarında xalis satıcı olaraq qalıblar.
Yaponlar özləri də xarici şirkətlərin qiymətli kağızlarına investisiya qoymağa üstünlük verirlər. "Morningstar"a görə, yalnız daxili bazarlara yönəlmiş Yapon səhm fondları yanvar ayında xaricə yönəlmiş fondlara 7,8 milyard dollar daxilolma ilə müqayisədə cəmi 1,2 milyard dollar əldə edib. Yapon investorları əsasən ABŞ-ın texnologiya səhmləri və Hindistan qiymətli kağızları cəlb edir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay