Xaricə satdığımız narın qiyməti kəskin ucuzlaşıb
Yanvar ayı ərzində Azərbaycandan xaricə 1 709 ton nar ixrac olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 1 milyon 488 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 981 ton (36.4%), dəyər ifadəsi ilə 1 milyon 877 min ABŞ dolları (57%) azdır. 2023-cü ilin yanvar ayında bu, 2 min 690 ton miqdarında, 3 milyon 365 min ABŞ dolları dəyərində olub.
Yanvar ayında xaric olunan narın bir tonu üçün 871 ABŞ dolları olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 30.3% və ya 380 ABŞ dolları azdır. 2023-cü ilin ilk ayında bu rəqəm 1 251 ABŞ dolları olub.
2024-cü ilin ilk ayında ixrac olunan nar ümumi ixracın 0.08 faizini, qeyri-neft sektoru üzrə ixracın 0.67 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay