Xəbər
26.02.2024 / 14:50
Qatarın damında tüstülənmə olub
43096
Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.
Valyuta.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.
Məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay