Xəbər
26.02.2024 / 21:43
Məşhur fermer icra hakimiyyətini məhkəməyə verdi
43084
Daşkəsən Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı fermer Rzayev Akif Nağı oğludur.
Onun iddiasına Gəncə Kommersiya Məhkəməsində baxılacaq.
Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
İş hakim Ramiq Qələndərzadənin icraatındadır.
Akif Rzayev qoyunçuluqla məşğuldur. Bir müddət əvvəl onunla Daşkəsən Rayon İcra Hakimiyyəti arasında problem yaranmışdı. Həmin vaxt rayonun icra başçısı Əhəd Abıyev idi.
Akif Rzayev Əhəd Abıyevi icarəsində olan torpaqları qanunsuz olaraq başqalarına satmaqda ittiham edirdi.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay