Ekspert 2024-cü ildə neftin qiymətini 80 dollar/barel civarında proqnozlaşdırdı
2024-cü ildə neftin qiyməti bir barel üçün 70-90 dollar arasında dəyişəcək və Çində yavaşlamaya baxmayaraq, tələb əvvəlki illə müqayisədə gündəlik təxminən 1 milyon barel artacaq.
Valyuta.az xəbər verir ki, bu fikri “Nikkei” qəzetinə müsahibəsində Yaponiyanın neft korporasiyasının prezidenti Şuniçi Kito İdemitsu Kosan deyib.
“2023-cü ildə pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası fonunda neftə tələbat əvvəlki illə müqayisədə gündəlik 2,25 milyon bareldən çox artıb: “Bu il Hindistanda istehlakın artması və Qlobal cənubun digər ölkələrində tələb gündəlik 1 milyon bareldən çox artacaq".
İş adamı hesab edir ki, "neft hasil edən ölkələr, ilk növbədə Səudiyyə Ərəbistanı üçün büdcəni saxlamaq və struktur islahatları aparmaq üçün neftin bir barelinin qiymətinin 80 dollar civarında olması lazımdır. Düşünürəm ki, 2024-cü ildə bu qiymət 70-90 dollar arasında dəyişəcək”.
“Pandemiyadan sonra Çinin bərpasının neftə tələbatın artmasına təkan verəcəyinə inanılırdı” deyən korporasiya rəhbəri xatırladıb: “Lakin bütövlükdə Çin iqtisadiyyatı ən yaxşı vəziyyətində deyil, gözlənilən artımı yaşamır. Eyni zamanda, mən orada neftə tələbatın o qədər də azalacağını düşünmürəm”.
"Yaponiyada, - iş adamı qeyd edib, - neftə tələbat 1999-cu ildə pik həddə çatdı. O vaxtdan bəri hər il təxminən 2% azaldı. Bununla belə, bütövlükdə Asiyada neftə tələbat hələ də artmaqdadır. Eyni zamanda, onun azaldılmasının gözləniləndən tez baş verəcəyi hissi var. Bu baxımdan mühüm dönüş nöqtəsi 2030-cu il ola bilər”.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2024-cü ildə mütləq şəkildə qlobal neft tələbatı gündəlik 103 milyon barrelə çatacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay