Podolskinin dönər imperiyası - Yüz milyonlar qazanır (FOTO)
Türkiyənin "Qalatasaray" futbol klubunun keçmiş ulduzu Lukas Podolski qurduğu dönər şəbəkəsi ilə 210 milyon avro sərvət qazandığını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, 2015-2017-ci illərdəa "Qalatasaray"da çıxış edən alman futbolçu Lukas Podolski dönər satışından futbolda qazandığından qat-qat çox qazanıb.
Almaniya yığmasının sabiq hücumçusu Lukas Podolski futboldan yox, 180 milyon sterlinq (7 milyard 13 milyon 299 min türk lirəsi) sərvətinə çatıb.
38 yaşlı Lukas Podolski ilk dəfə 2017-ci ildə "Arsenal"dan ayrıldıqdan sonra "Ice Cream United" adlı qənnadı brendini istifadəyə verib. Bir il sonra Almaniyanın şimal-şərqində "Manqal Dönər" adlı ilk kabab-dönər restoranını açdı. Restoran o qədər məşhurlaşdı ki, hazırda Almaniyada 30-a yaxın filialı fəaliyyət göstərir.
Almaniyada kabab imperiyası və dondurma brendinin əsasını qoyan Podolski, eyni zamanda, bir çox başqa fəaliyyətlərlə də məşğuldur.
O,mütəmadi musiqi festivalı keçirir, özünün idman mərkəzi var, habelə keçmiş oyunçuların, fenomenlərin və azarkeşlərin qatıldığı bir futbol turniri keçirir.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay