Xaricə satdığımız spirtin qiyməti ucuzlaşıb
Yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 39 min 194 ton miqdarında metanol (metil spirti) satılıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 7 milyon 302 min ABŞ dollar olub. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 388 ton(5.7%), dəyər ifadəsi ilə 1 milyon 139 min ABŞ dolları(13.4%) azdır. Ötən ilin ilk ayında bu rəqəm 41 min 582 ton miqdarında, 8 milyon 441 min ABŞ dollar dəyərində olub.
Yanvar ayı ərzində xaricə satılan spirtin bir tonu üçün olan qiymət 186 ABŞ dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz ucuzdur. 2023-cü ilin ilk ayı bu rəqəm 203 ABŞ dollar olub.
Qeyd edək ki,yanvar ayında ixrac olunan spirt ümumi ixracın 0.4 faizini, qeyri-neft sektoru üzrə ixracın 3.29 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay