Statistika
26.02.2024 / 10:20
Özbəkistan da Azərbaycandan Aİ-92 markalı benzin almağa başladı
43056
Azərbaycan 2023-cü ilin dekabrından Özbəkistana Aİ-92 markalı benzinin ixracına başlayıb.
Valyuta.az xəbər verir ki, Özbəkistan Azərbaycandan 2 321 ton və ya 1 mln. 510 min ABŞ dollarında 92 oktanlı avtomobil benzini alıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.
Benzinin bir tonu 650 dollara ixrac edilib ki, bu da manatla 1 106 manat təşkil edir.
Qeyd edək ki, daxili bazarda Aİ-92 nefti Tarif Şurası tərəfindən tənzimlənir. 2021-ci ilin 4 yanvarından Aİ-92 benzinin bir tonu topdansatış 1 175.8 manat, pərakəndə isə 1 310 dollara satılır.
Azərbaycan ümumilikdə 2023-cü ildə xaricə 33 112 tonluq ($23.01 mln.) avtomobil benzini satıb.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay