Xaricdən aldığımız düyü nə qədər bahalaşıb?
Ötən ay Azərbaycana 5 min 833 ton düyü gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 5 milyon 917 min ABŞ dolları olub. Bu, son beş ilin göstəricisi ilə müqayisədə miqdar ifadəsi ilə 1 min 255 ton(27.4%), dəyər ifadəsi ilə 2 milyon 414 min ABŞ dolları (68.9%) çoxdur. 2019-cu ilin yanvar ayında düyü idxalı 4 min 578 ton miqdarında 3 milyon 503 min ABŞ dolları dəyərində olub.
Yanvar ayında ölkəyə gətirilən düyünün bir tonu üçün 1 min 14 ABŞ dolları ödənilib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 249 ABŞ dolları (32.5%) çoxdur. 2019-cu ilin yanvar ayında bu rəqəm 765 ABŞ dolları olub.
Qeyd edək ki, yanvar ayı ərzində ölkəyə gətirilən düyü ümumi idxalın 0.52 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay