Serb Respublikası Rusiya qazını rubla almağa başladı
Serb Republikası (Bosniya və Herseqovinanın bir qurumu) Rusiya qazının pulunu rublla ödəməyə başlayıb.
Valyuta.az "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Milorad Dodik danışıb.
"Serb Republikası Rusiyadan qazı hansı qiymətə alır? Sadəcə onu qeyd edə bilərəm ki, biz bu qiymətdən razıyıq və hər iki tərəfin hörmət etdiyi razılaşmalar var. Ödənişlər rublla edilirmi? Bəli, biz ödənişləri rublla etməyə başlamışıq", deyə Dodik bildirib.
O qeyd edib ki, Serb Respublikası Rusiya qazının idxalını daha da artırmaq niyyətindədir.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay