Xəbər
24.02.2024 / 16:18
Nazir Hikmət Vəliyevi bu rayona rəis təyin etdi
43018
Saatlı rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Hikmət Vəliyev sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, Hikmət Vəliyev sonuncu dəfə 2021-ci ilin sentyabr ayında Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat üzrə rəis müavini təyin edilmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl polkovnik Azər Tağıyev Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq İmişli Rayon Polis şöbəsinin rəisi təyin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay