İKT
24.02.2024 / 10:46
"Intel" və "Microsoft"dan 15 milyard dollarlıq anlaşma
42988
ABŞ-nin “Intel” və “Microsoft” şirkətləri müasir prosessorlar istehsal etmək üçün razılığa gəliblər.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Yarımkeçirici avadanlıqların istehsalını “Intel Foundry”-nin törəmə şirkəti həyata keçirəcək. Çiplərin “Intel 18A” texniki prosesindən istifadə edilməklə istehsal ediləcəyi bildirilir. Prosessorların istehsalı ilə bağlı sifarişin məbləği 15 milyard dollar təşkil edib.
"Biz hər bir fərdi təşkilatın və bütün sənaye sahəsinin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platformaya keçidin ortasındayıq", - deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib. Onun sözlərinə görə, bu səbəbdən şirkətə onu yeni nəsil prosessorlarla təmin edəcək güclü tərəfdaş lazım idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay