Nazirin direktor təyin etdiyi həkim cərimələnir – Pozuntulara yol verib
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktoruna cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, institun direktoru Şahin Bəylər oğlu Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib olunub.
Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib.
192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Bu maddəyə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Şahin Əkbərov nazirliyin bu qərarını qanunsuz hesab hesab etdiyinə görə məhkəməyə şikayət edib.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
Qeyd edək ki, Əkbərov Şahin Bəylər oğlu 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Səhiyyə naziri Teymur Musayevin əmri ilə ötən ilin yanvar ayında sözügedən institutun direktoru təyin edilib.
Sadiq İsbəndərov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay