Dünya
23.02.2024 / 22:57
“Otkritie”nin keçmiş ortaq sahibi ABŞ-da həbs edildi
42948
“Otkritie” şirkətinin keçmiş ortaq sahibi, əvvəllər Belyaev soyadını daşıyan Vadim Volfson ABŞ-da həbs edilib.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi idarələrarası “KleptoCapture” qrupuna istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Birləşmiş Ştatların Ədliyyə Departamenti ABŞ-a köçən Volfsonun Rusiya vətəndaşları üçün anti-Rusiya sanksiyalarından yan keçmək üçün xidmətlər göstərməsindən şübhələnir.
Volfsonla birlikdə daha bir nəfər həbs edilib, onun adı açıqlanmır. İdarələrarası KleptoCapture qrupu 2022-ci ilin mart ayında yaradılıb. Qrupun hesabatına əsasən, Volfson və ikinci adamın həbs edildiyi bildirilir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay