Xəbər
23.02.2024 / 10:21
Xaricə satdığımız almanın qiyməti bahalaşıb
42926
Yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 9 min 429 ton miqdarında alma ixrac olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 6 milyon 191 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 min 402 ton (17.4%), dəyər ifadəsi ilə 1 milyon 144 min ABŞ dolları (22.6%) çoxdur. Ötən ilin yanvar ayında bu rəqəm 8 min 27 ton miqdarında, 5 milyon 47 min ABŞ dolları dəyərində olub.
Yanvar ayı ərzində xarici ölkələrə satılan almanın bir tonu üçün qiymət 656 ABŞ dolları olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 4.4%, yaxud da 28 ABŞ dolları bahadır. 2023-cü ilin yanvar ayında bu rəqəm 628 ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay