ABŞ süni intellektə əsaslanan qoşunlara nəzarət sistemi yaradıb
Birləşmiş Ştatlar qoşunları idarə etmək və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb.
Valyuta.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib.
Hiksin sözlərinə görə, süni intellektin Pentaqona inteqrasiyası səyləri ABŞ-ın hərbi imkanlarını gücləndirir, lakin Vaşinqton süni intellektlə silahlanma yarışına can atmır. Eyni zamanda, o, Pentaqonun böyük həcmdə məlumatların, süni intellektin, bulud texnologiyalarının və digər oxşar texnologiyaların emalı sahəsində layihələrə sərmayə qoymasının zəruriliyini qeyd edib.
Bundan əvvəl Hiks Rusiyanın anti-GPS imkanlarını açıqlamışdı. Hərbi rəsmi kosmosun hərbi əməliyyatların ayrılmaz hissəsinə çevrildiyini və Amerikanın həyat tərzinin və müharibəsinin kosmosdakı gücdən asılı olduğunu vurğulayıb. Hiks həmçinin qeyd edib ki, Moskva və Pekin kosmosu hərbi sahəyə çevirməyə çalışır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay