Beynəlxalq ekspertlər Rusiya aktivlərinin müsadirəsini qanuni hesab edir
Hüquq sahəsində beynəlxalq ekspertlər qrupu G7 ölkələrinin rəsmi nümayəndələrinə məktub göndərib. Orada bildirilir ki, dondurulmuş Rusiya aktivlərinin, xüsusən də Rusiya Mərkəzi Bankının vəsaitlərinin müsadirə edilməsi beynəlxalq hüquqa zidd deyil.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
G7 ölkələrinə göndərilən və Bloomberg tərəfindən əldə edilən məktub Belçika, Fransa, Almaniya, Yaponiya, Niderland, Böyük Britaniya və ABŞ-dan 10 beynəlxalq hüquq eksperti və praktiki tərəfindən imzalanıb.
"Biz belə nəticəyə gəldik ki, beynəlxalq hüquqa əsasən, Rusiya dövlətinin aktivlərini donduran dövlətlərin Rusiya Federasiyasının beynəlxalq hüququn ən mühüm normalarını pozduğunu nəzərə alaraq ona qarşı əlavə tədbirlər görməsi, Rusiya Federasiyasının qeyri-qanuni hərəkətləri nəticəsində bilavasitə dəymiş zərərin əvəzi kimi Rusiya dövlətinin aktivlərinin köçürülməsi forması qanuni olardı", deyə ekspertlər qeyd ediblər.
Nəşr qeyd edir ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi davam etdikcə, bu qiymətləndirmə Rusiya Federasiyasının dondurulmuş aktivləri ilə bağlı əvvəllər hüquqi cəhətdən şübhəli hesab edilən addımı nəzərdən keçirmək üçün daha geniş hazırlığı əks etdirir.
Məktubda "Rusiya Federasiyasının qanunsuz hərəkətləri nəticəsində bilavasitə baş vermiş" itkilərin ödənilməsi üçün aktivlərdən istifadə edilməsi təklif edilir.
Məktubun altında Belçika, Böyük Britaniya, Almaniya, Niderland, ABŞ, Fransa və Yaponiyadan beynəlxalq hüquq üzrə on ekspertin imzası var. Onların arasında Yel Hüquq Məktəbinin professoru və keçmiş dekanı Harold Honju Kox, həmçinin Huver İnstitutunun hüquqşünası və diplomatı Filip Zelikov yer alıb.
Hüquq ekspertləri öz məktubunda Rusiya aktivlərini dondurmuş dövlətlərə onları öz yurisdiksiyaları altında olan beynəlxalq quruma təhvil verməyi tövsiyə edirlər ki, bu qurum daha sonra ələ keçirilən aktivləri Ukraynaya öz iqtisadiyyatını bərpa etmək üçün ayıra bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay