BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
42844

“Trendyol” Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır.

Valyuta.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Türkiyənin tanınmış onlayn satış platforması olan “Trendyol”un nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə qonaqlara İKTA və onun fəaliyyət istiqamətləri, həmçinin Azərbaycanda poçt xidmətləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda “Trendyol” istifadəçilərinin sayı artmaqdadır və bu, poçt operatorlarının (karqo şirkətlərinin) fəaliyyətində də özünü göstərir. Hazırda 11 poçt rabitəsi operatoruna məxsus 400-ə yaxın poçt obyektində bu satış platformasından birbaşa çatdırılma həyata keçirilir.

Qeyd edilib ki, İKTA-ya lisenziyasız poçt fəaliyyəti ilə bağlı daxil olan müraciətlər Agentlik tərəfindən araşdırılır və əldə olunan məlumatlarqanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə İqtisadiyyat Nazirliyinə göndərilir.

Agentlik rəsmiləri istehlakçı hüquqlarının qorunması, şəffaflığın və müştəri məmnuniyyətinin artırılması naminə adıçəkilən satış platforması ilə məlumat mübadiləsinin vacib olduğunu bildiriblər.

“Trendyol” rəsmiləri çıxış edərək bildiriblər ki, təmsil etdikləri satış platforması Azərbaycan bazarına önəm verir. Şirkət İKTA və digər dövlət qurumları ilə əməkdaşlığa və məlumat mübadiləsinə hazırdır.

Qeyd edilib ki, şirkət Azərbaycanda istehsal edilən məhsulların da bu platformada satışının təşkil olunmasında maraqlıdır.

Belə təmasların hər iki tərəf üçün əhəmiyyətinin böyük olduğunu nəzərə alaraq görüşlərin davamlı keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bu ölkə atdığınız hər addımı enerjiyə çevirir

Ali Məhkəmədən müflisləşmə ilə bağlı mühüm QƏRAR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Neftin 75, qazın 51 faizi Avropaya satılıb

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Onlar universitetə imtahansız qəbul olacaqlar - DİM çağırış etdi

“Meta”da süni intellekt bu işi insanların əlindən aldı

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Hazır startap satışa çıxarılıb - QİYMƏT

İstanbul - Naxçıvan aviareysi üzrə uçuşlara başlanıldı

“Yeni təkər bazarı” yanır

Onlayn, yoxsa ənənəvi mağaza - Hansı sərfəlidir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin