Dünyanın ən uzun və qısa adamları görüşdü
Mardində yaşayan və 2009-cu ildə 27,5 santimetr uzunluğunda əlləri, 36,5 santimetr ayaqları ilə yanaşı hündür boyu ilə Ginnesin Rekordlar Kitabına düşən Sultan Kösenlə dünyanın ən balaca qadını - boyu 62,8 santimetr olan hindistanlı Jyoti Amge ilə görüşüb.
Valyuta.az xəbər verir ki, altıillik fasilədən sonra görüş İrvindəki oteldə baş tutub və onlar birlikdə səhər yeməyi yeyiblər. Əyləncəli vaxt keçirən cütlük səhər yeməyindən sonra xatirə şəkli çəkdirib.
Amerikalı prodüserin dəvəti ilə təşkil olunan görüş çərçivəsində Kösen və Amge sabah Los-Ancelesə gedəcəklər. Sultan və Jyotinin görüşünü amerikalı prodüser lentə alacaq.
İkili 2018-ci ildə Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə paytaxt Qahirədə görüşüb və Giza Piramidalarını ziyarət ediblər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay