Avto
22.02.2024 / 19:14
Çin avtomobil ixracında hökmranlığı ələ keçirir
42832
Çinin avtomobil ixracı ötən ilə nisbətdə 47,4 faiz artıb.
Ölkənin Avtomobil İstehsalçıları Birliyinin məlumatlarına görə, 2024-cü ilin yanvar ayında 443 min avtomobil ixrac edilib. Bunun da 369 mini minik avtomobili, 74 mini isə kommersiya üçün nəqliyyat vasitəsi olub.
“Yeni Enerji Vasitəsi (NEV)” adlandırılan, təkrar doldurulan, akkumulyatorlu, hibridli və yanacaq hüceyrəli elektrikli nəqliyyat vasitələrinin ixracı da 21,7 faiz artaraq 101 minə çatıb.
Ötən il 4,91 milyonluq ixracla Yaponiyanı geridə qoyan Çin dünyanın ən böyük avtomobil ixracatçısı olub.
Elektrikli nəqliyyat vasitələrinin istehsalındakı və satışlarındakı artım ölkənin ümumi ixracatının azaldığı bir dönəmdə avtomobil sənayesində liderliyə yüksəlməsinə səbəb olub.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay