BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
42806

Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Valyuta.az xəbər verir ki, Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində "Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində "Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tütor vəzifəsində başlayıb. 2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.

O, 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində "Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, "Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxuyub. Naim Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini olub. O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin