8,5 milyardlıq səhm satdı - Sərvəti 188,4 milyard dollara çatdı
"Amazon"un qurucusu Ceff Bezos 2025-ci il yanvarın sonuna qədər həyata keçirməyi planlaşdırdığı şirkətin 50 milyon səhminin satışını tamamilə başa çatdırıb. Satılan qiymətli kağızlar paketinə görə milyarder 8,5 milyard dollar olub.
Valyuta.az xəbər verir ki, bunu milyarderin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi 4-cü hesabat forması sübut edir.
SEC sənədlərinə görə, 15-16 fevral tarixlərində Bezos təxminən 14 milyon "Amazon" səhmini bir səhm üçün 167-170,9 dollar qiymətinə satıb. Bu, ona satılan qiymətli kağızların ümumi sayını planlaşdırılan 50 milyona çatdırmağa imkan verib.
Bu sayda səhmin satılması planı Bezos tərəfindən 2023-cü ilin noyabrında açıqlanıb. Mütəxəssislər bu qərarı milyarderin Vaşinqtondan sərmayə vergisinin az olduğu Floridaya köçməsi ilə əlaqələndirirlər.
Sövdələşmə başa çatdıqdan sonra Bezosun sərvəti 188,4 milyard dollar qiymətləndirilir. O, "Forbes" reytinqində 3-cü yerdədir. İlin əvvəlindən bəri "Amazon" səhmləri 1,4% ucuzlaşıb.
Bu, Bezosun 2021-ci ildə "Amazon" rəhbəri vəzifəsindən getdikdən sonra ilk böyük pay satışıdır. Əvvəllər o, hər il təxminən 1 milyard dollar dəyərində şirkət kağızı satırdı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay