Azərbaycanda bankların aktivləri 2 milyon manatdan çox artıb
Azərbaycanda bankların cəmi aktivləri 2023-cü ildə 49 milyard 178 milyon manat olub.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Belə ki, bankların cəmi aktivlərinin məbləği ötən il 2022-ci illə müqayisədə 2 milyon 124 min manat, yaxud da 4,5% çoxdur.
2022-ci ildə bankların aktivlərinin məbləği 47 milyon 54 min manat olub.
Xatırladaq ki, 2023-cü ildə aktivlərinin məbləğinə görə ilk yerdə “Azərbaycan Beynəlxalq Bank” qərarlaşıb, bankın aktivlərinin məbləği 2,6% azalaraq 13 milyard 668 milyon manat olub.
2-ci yerdə 8 milyard 659 milyon manatla “Kapital Bank” dayanıb, bankın aktivlərinin məbləği 2022-ci illə müqayisədə 10,7% artıb.
3-cü yerdə “Paşa Bank”dır. Bankın aktivlərinin məbləği 8 milyard 651 milyon manat olub, bu isə illik müqayisədə 1,5% çoxdur.
4-cü yerdə isə “Xalq Bank” qərarlaşıb. Bankın aktivlərinin məbləği 3 milyard 82 milyon manat olub, bu isə illik müqayisədə 14,8% çoxdur.
5-ci yerdə isə “Bank Respublika” olub, bankın aktivlərinin məbləği 2 milyard 130 milyon manat olub, bu, 34,5% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay