BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
42651

Dollar Roma İmperiyası ilə eyni aqibəti yaşaya bilər. 

Valyuta.az “Dünya”ya istinadla xəbə verir ki, BRICS ölkələri hələ ki əsas dünya valyutası olan dollardan imtina etsələr, bununla ABŞ-a eyni anda beş güclü zərbə vurmuş olacaqlar .

Materialda amerikalı maliyyə analitiki Robert Kiyosakinin qiymətləndirmələrinə istinad edilir. O, xüsusi olaraq qeyd edib: 

"Roma İmperiyasının hökmranlığı bankirlərin əsgərlərə və qladiatorlara maaş vermək üçün öz valyutasını devalvasiya etməsindən sonra sona çatdı. ABŞ da oxşar tənəzzülü yaşayır. Amerika rəsmiləri hərbi xərcləri ödəmək üçün pul çap edirlər".

"Axmaq olmayın", - Kiyosaki amerikalılara çağırış edib və onlara banklardan pul götürməyi və Bitcoin və qızıla investisiya etməyi tövsiyə edib.

Kiyosaki narahatlığını onunla əsaslandırır ki, BRICS ölkələrinin iqtisadiyyatları hər gün güclənir və eyni zamanda, assosiasiya hazırda qlobal səviyyədə dollara meydan oxuyur.

“BRICS düzgün rıçaqdan istifadə edərsə, dollara son qoya bilər”, - deyə analitik xəbərdarlıq edir.

Məqalədə eyni zamanda, Rusiya, Çin, BƏƏ, Səudiyyə Ərəbistanı və Hindistanın öz aralarında enerji ticarətində milli valyutalardan istifadə etməyə başladığı, BRİKS ölkələrinin mərkəzi banklarının isə qızıl ehtiyatlarını artırdığı qeyd edilir.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, Rusiya bu gün BRICS-də ən böyük qızıl ehtiyatına malikdir - 2,3 min ton. Çinin qızıl ehtiyatları 2,01 min ton, Hindistanda 797 ton, Səudiyyə Ərəbistanında 323 ton, Braziliya 129 ton, Misir 125 ton, Cənubi Afrika 125 ton, BƏƏ-də 75 tondur. Ehtiyatlarını rəsmən açıqlamayan İranın isə 325 ton, Efiopiyanın 100 ton qızılının olduğu təxmin edilir.

Eyni zamanda, nəşr köşə yazarı Vinod Dsouzanın proqnozlarına istinad edir. O, hesab edir ki, dedollarizasiya baş verərsə, ABŞ-ın beş sektoru əhəmiyyətli dərəcədə zərər görəcək.

Xüsusilə, bu, bank və maliyyədir. Müşahidəçinin fikrincə, məzənnə düşməyə başlayanda bu sektor ciddi zərbə alacaq.

İkinci sektor texnologiya və fintexdir. Qeyd olunur ki, BRICS artıq ABŞ texnologiyalarından asılı olmamaq üçün öz internet xidmətlərini yaratmağın yollarını axtarır.

Üçüncüsü beynəlxalq ticarət və investisiyalardır. Dsouza ABŞ-ın borc böhranı və büdcə kəsirinin daha da pisləşəcəyini proqnozlaşdırdığı üçün xarici investorlar dollardan istifadə etməkdən yayınacaqlar.

Dördüncüsü, istehlak malları və pərakəndə satışdır.

Dsouza proqnozlaşdırır ki, “Birləşmiş Ştatlar dolları ixrac edə bilməsə, valyuta geri qayıdacaq və inflyasiyaya səbəb olacaq”: “Nəqliyyat, mənzil, kirayə və əsas tələbat malları bahalaşdıqda və əlçatmaz olduqda, qiymətlər uçacaq”.

Beşinci sektor isə turizmdir. Səyahətçilərin səyahətlərini yerli valyutada ödəməyə başlayacağı proqnozlaşdırıldığı üçün Çin və Sinqapur artıq turistlərə öz ölkələrində dollar əvəzinə yerli valyutalardan istifadə etmək imkanı verir.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)

Fitch Solutions: Qarabağın bərpasına 2027-ci ilə kimi 29 mlrd. manat investisiya planlaşdırılıb

Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub - Siyahı

Arxiv İdarəsini bu şirkət təmir edəcək - 670 minlik müqavilə

Neftimizin qiyməti ucuzlaşdı

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır - MÜSAHİBƏ

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır - MÜSAHİBƏ

Barəsində bir milyon manatdan çox mülki iddia qaldırılan sahibkara bəraət verilib

Quş ətinin qiyməti kəskin artdı (VİDEO)

Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5

Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Hikmət Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan bankları bir ayda 23 milyon manat mənfəət vergisi ödəyib - Rəqəmlərdə azalma

Rusiya rublu ucuzlaşdı - Məzənnə

Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb

Nazirlik bu iş adamından 20 ədəd ev alır - Məbləğ

ABŞ antitrest qurumu "Microsoft"-a qarşı genişmiqyaslı araşdırma başlatdı - "Blomberg"

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin