BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
42631

Süni intellekt dünyada artıq həyatın bütün istiqamətlərində yer alır.

Bunu Trend-ə İKT üzrə ekspert Elvin Abbasov deyib.

O bildirib ki, sosial şəbəkələrdə bütün fəaliyyətlər süni intellektlə tənzimlənir.

"Dünyanının bir çox ölkələrində proseslər süni intellektlə idarə olunur. Ötən ilə qədər süni intellektin hansısa peşələri insanların əlindən aldığına dair söhbətlər gedirdi. Lakin hazırda belə deyil. Hazırda süni intellekt bütün peşələrdə həm fiziki olaraq (avadanlıq) həm də proqram təminatlarında yer alır.

Ümumiyyətlə, texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda yeni yanaşmalar olmalıdır. Süni intellekt, demək olar ki, bütün peşələri əlimizdən alıb. Sadəcə, müzakirələr gedir ki, hansı peşələrə süni intellekti verək, ya verməyək. Baxırıq ki, robot ayaqlar, qollar da süni intellektlədir. Daha əvvəlki protezlər tarixə qovuşur".

Ekspert qeyd edib ki, bu gün azərbaycanlı gənclər süni intellektdən video, şəkil, məlumatların idarə olunmasında istifadə edir.

"Ancaq təəssüf ki, ölkəmizin dövlət idarəçiliyində süni intellekt hələ tam tətbiq olunmayıb. Süni intellektin həyatımıza təsiri sosioloji məsələdir. İnsanlar düşünürlər ki, texnologiya inkişaf edəndən sonra insanlar işsiz qalacaq. Lakin dünya təcrübəsi onu göstərir ki, belə bir qorxu sənaye inqilablarında da olub. Ancaq sonradan yeni peşələr yarandı və inkişaf elədi", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin