Dünyanın aparıcı televizor istehsalçısının adı açıqlandı
2023-cü ildə "Samsung" 18-ci il ardıcıl olaraq televizor bazarının lideri olub.
Valyuta.az bu barədə "Omdia" analitik firmasının yeni hesabatına istinadən xəbər verir.
"Omdia" hesabatına görə, "Samsung"un qlobal televizor bazarındakı payı 2023-cü ildə 30,1% təşkil edib. Şirkət ötən il 8,31 milyon QLED və Neo QLED televizor satıb. Üstəlik, 2017-ci ildə ilk QLED televizorlarını təqdim edəndən bəri "Samsung" 44 milyondan çox belə cihaz sata bilib.
Cənubi Koreya şirkəti premium TV seqmentində də lider mövqeyini qoruyub. 2023-cü ilin sonuna olan məlumata görə, "Samsung" bu seqmentdə böyük bazar payına sahibdir - 60,5%. Bu, 2022-ci illə müqayisədə 12,2% çoxdur.
2022-ci ildə OLED televizorlarının ilk buraxılışından bəri "Samsung" bazarın 22,7%-ni ələ keçirərək, bir milyondan çox belə televizor satıb. Şirkət daha böyük ekran ölçülərinə malik cihazlar hesabına bu il OLED televizorlarının satışlarının artacağını gözləyir.
"Samsung Electronics"in televiziya bölməsinin prezidenti Yeon Seok-Vu bildirib ki, şirkət yaxın illərdə Micro LED ekranlı televizorları daha sərfəli etmək üçün çalışacaq. İlk növbədə, bu cür cihazların qiymətində endirimlərə ekran diaqonalını azaltmaqla nail olunacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay