Separatçı Vardanyanın sahib olduğu bankı Gürcüstan aldı
Gürcüstana məxsus “Bank of Georgia” (BoG) Ermənistanın ən böyük banklarından biri olan və əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin 100%-ni alır.
Bildirilir ki, əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra BoG Ermənistan bankının adını dəyişməyi planlaşdırır.
Yeri gəlmişkən, qeyd edək ki, Qarabağda separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında digər separatçılarla birlikdə saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay