BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
42525

Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4 faizə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin aparıcı iqtisadi universitetlərindən biri olan “Pontificia Universidad Catolica Argentina”nın məlumatlarına istinadən yazıb.

Hesabata görə, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub.

2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49,5% olub, yanvarda isə rekord səviyyəyə - 57,4%-ə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47,3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir.

Yeni prezidentin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya isə 211,4% təşkil edib.

Ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün “aylarla ağrıya” dözməyin lazım olduğu barədə xəbərdarlıq edib.

Mileyin islahatları arasında pesonun 50% devalvasiyası, enerji və nəqliyyat üçün dövlət subsidiyalarının kəsilməsi və əmək qanunlarına edilən dəyişikliklər daxildir. Məsələn, işə qəbul üçün sınaq müddəti səkkiz aya qədər artırılıb, 12 saatlıq iş gününə icazə verilib, məzuniyyət və işdən çıxarılma ilə bağlı kompensasiyalar azaldılıb.

©Report 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)

Fitch Solutions: Qarabağın bərpasına 2027-ci ilə kimi 29 mlrd. manat investisiya planlaşdırılıb

Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub - Siyahı

Arxiv İdarəsini bu şirkət təmir edəcək - 670 minlik müqavilə

Neftimizin qiyməti ucuzlaşdı

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır - MÜSAHİBƏ

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır - MÜSAHİBƏ

Barəsində bir milyon manatdan çox mülki iddia qaldırılan sahibkara bəraət verilib

Quş ətinin qiyməti kəskin artdı (VİDEO)

Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5

Ən çox və ən az pul bu rayonlarda xərclənir - TOP 5

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Hikmət Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan bankları bir ayda 23 milyon manat mənfəət vergisi ödəyib - Rəqəmlərdə azalma

Rusiya rublu ucuzlaşdı - Məzənnə

Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb

Nazirlik bu iş adamından 20 ədəd ev alır - Məbləğ

ABŞ antitrest qurumu "Microsoft"-a qarşı genişmiqyaslı araşdırma başlatdı - "Blomberg"

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

Startapların beynəlxalq bazarlara çıxa bilməməsinin səbəbləri - SƏHƏR OXUSU

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin