Dünya
16.02.2024 / 14:16
Anti-Rusiya sanksiyalarının “memarı” Ağ Evə qayıdır
42403
Rusiya Federasiyasına qarşı sanksiyaların “memarı” adlandırılan amerikalı iqtisadçı Dalip Sinq Ağ Evdə işə qayıdır.
Valyuta.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Sinqh 2021-ci ilin fevralından 2022-ci ilin iyununa qədər Prezidentin Beynəlxalq İqtisadi Məsələlər üzrə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb. O, ailəvi səbəblərə görə işi tərk edib.
Sinqi müvəqqəti olaraq əvəzləyən Mayk Pyl fevralın sonunda vəzifəsini tərk edəcək.
Portalın məlumatına görə, iqtisadçının müvafiq olaraq 2024-cü ilin iyun və noyabr aylarında baş tutacaq G7 və G20 sammitlərində Amerikanın mövqeyini əlaqələndirməyə kömək etməyə davam edəcəyi gözlənilir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay