Rusiya bir Asiya ölkəsinə LNG tədarükünü ikiqat artırır
Cənubi Koreya yanvarda Rusiyadan 252 min ton mayeləşdirilmiş təbii qaz (LNG) alıb.
Valyuta.az xəbər verir ki, “İnterfaks” bu barədə gömrük məlumatlarına istinadən yazıb.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Cəmi bir ay ərzində Cənubi Koreya 4,912 milyon ton LNG idxal edib ki, bu da ötən yanvar ayı ilə müqayisədə 3% və ya təxminən bir qaz tankeri azdır.
Cənubi Koreyanın ən böyük qaz idxalçısı olan Avstraliyadan LNG tədarükünün həcmi demək olar ki, dəyişməyərək 1,18 milyon ton (-3%) olub. Bu arada ABŞ-dan yanacaq tədarükü 34% artaraq 691 min tona, Qətərdən isə 32% artaraq 818 min tona çatıb.
Bundan əvvəl Avropa İttifaqı bəyan etmişdi ki, müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra Rusiyadan qaz tranziti ilə bağlı sazişi müddətini uzatmağı planlaşdırmır. Eyni zamanda, Avropa Komissiyası Rusiya qazını alan ölkələr üçün alternativ həll yolu tapacağını vəd edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay