Tenderlər
15.02.2024 / 17:38
Dövlət xidməti icra hakimiyyətinin tenderini ləğv etdi
42364
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Lənkəran Şəhər İcra Hakimiyyətinin tenderini ləğv edib.
Valyuta.az xəbər verir ki, Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq “bir sıra işlərin” satın alınması ilə bağlı keçirilən tenderdə “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri pozulub.
Bu barədə Xidmətə məlumat verildikdən oradan icra hakimiyyətinə tenderin ləğvi ilə bağlı məktub göndərilib.
Bundan sonra müsabiqə ləğv edilib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay