BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
42217

“Hələlik süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir”.

Valyuta.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O.Gündüz bildirib ki, DİM bununla bağlı tender elan edib: “Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli “Robotronics” şirkətidir. Qurum bu işdə ETN İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir.

DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem - robot operator hazırlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir”.

Ekspertin sözlərinə görə, süni intellektin tətbiqi sahəsində ciddi açıqlamalar verən dövlət qurumlarından biri də “ASAN xidmət”dir:

“Qurum rəhbərliyi bir neçə dəfə həm xarici partnyorlarla, həm də yerli süni intellekt həlləri hazırlayan komanda ilə işbirliyi quraraq “108” Çağrı mərkəzində süni intellekt həllərinin tətbiqinə start verildiyini açıqlayıb.

Mahiyyəti ondan ibarətdir ki, vətəndaşların yazılı olaraq deyil, şifahi formada, səslə müraciətləri süni intellekt texnologiyası əsasında cavablandırılacaq.

Yəni burada da söhbət robot operatorun - “ASAN Bot”un yaradılmasından gedir. Bildiyim qədər “ASAN xidmət” də yuxarıda adı çəkilən şirkətlə əməkdaşlıq etməyi nəzərdə tutub, lakin rəsmi açıqlama olmayıb. Hələlik hansısa müqavilələrin bağlanması haqqında da məlumatlar və sözügedən sistem ortada yoxdur”.

O.Gündüz qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) yeni rəhbərliyi 2022-ci ilin sonunda məhkəmə sistemində süni intellekt tətbiqinə başlayacaqlarını açıqlamışdı:

“Lakin sonradan bu söhbət yığışdırıldı. Bildiyim qədər hazırda Ali Məhkəmə süni intellekt platformasında çalışan sistemi testdən keçirir. Bununla bağlı açıqlama da verilmişdi. Sistemin mahiyyəti ondan ibarədir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlili, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin öyrənilməsi və həmin mübahisənin məhkəmə perspektivi haqqında anında məlumat əldə edəcək”.

“Bundan əlavə “Azercell” (Aicell) və ABB də vətəndaş müraciətlərini cavablandırmaq üçün süni intellekt həllərinin hazırlandığını rəsmi olaraq açıqlayıblar. “A2Z” şirkəti tərəfindən də bəzi qurumların fəaliyyətinin effektiv qurumlası üçün müəyyən süni intellekt həllərinin hazırlanması haqqında məlumatlar verilib. “Azərkosmos” və “SOCAR”, RİNN və Mərkəzi Bank da süni intellekt sahəsində hansısa layihələr icra etdiklərini, data və süni intellekt ekosisteminin inkişafına dəstək verəcəklərini bildiriblər. Lakin real olaraq, hələlik ortada ciddi işlər görünmür. ADA, AzTU, BANM və ADNSU, ETN-in İdarətmə Problemləri və İnformasiya Texnologiyaları İnstitutları da süni intellekt və data sektorunda tədqiqatlar və kadr hazırlığı istiqamətində müəyyən layihələr icra etdiklərini açıqlayıblar”.

“Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum, İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir.

Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də, hələlik belə layihələr ortada yoxdur. Görünən odur ki, ölkəmizdə bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, hələlik real nəticələr barmaqla sayıla bilər. Səlahiyyətli qurumlarımız bu sahəyə diqqəti artırmalıdırlar. Bu sahədə işlər çox ləng gedir.

Maraqlı tərəflərin səylərini bir yerə cəmləşdirmək, prioritetləri müəyyənləşdirmək lazımdır. Milli Korpus hazırlanmalıdır. Dövlətin əlində toplanan nəhəng datadan effektiv istifadə məsələləri gündəmə gətirilməlidir. Bura investisiyalar yatırılmalıdır”, - deyə O.Gündüz vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin