Mərkəzi Bank “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsini cərimələyib
Mərkəzi Bank “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsini cərimələyib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” PSC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay