BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
42157

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının yaradılmasının 32 ili tamam olub. Maraqlıdır bu vaxt ərzində Azərbaycan Mərkəzi Bankına kimlər sədrlik edib?
Valyuta.az həmin şəxslər haqqında məlumatı təqdim edir.

Azərbaycan Respublikasının Milli Bankı ölkə başçısının 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılıb. Milli Bank 18 mart 2009–cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırılıb.  

Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxildir. Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.

Konstitusiyaya əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından ölkə başçısı tərəfindən vəzifəyə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir, rəhbər heyət arasında vəzifə bölgüsü aparır.

32 il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına 4 nəfər rəhbərlik edib.

Cavanşir Abdullayev

Mərkəzi Bankın ilk rəhbəri Cavanşir Abdullayev olub.

1992-1993-cü illərdə Cavanşir Abdullayev Azərbaycan Milli Bankında İdarə Heyətinin sədri kimi çalışıb.

O, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.

C.Abdullayev SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi daha sonra isə SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttiş (auditor) vəzifəsində işləyib.

1991-ci ildə “Azinvestbank” Kommersiya Bankında İdarə Heyətinin sədri, daha sonra Aqrar-Sənaye Bankında İdarə Heyətinin sədri kimi faəliyyət göstərib.

C.Abdullayev 1992-1993-cü illərdə Azərbaycanın Mərkəzi Bankı İdarə Heyətinin ilk sədri olub. 2000-2022-ci illərdə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru olub, 2022-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) Fəxri direktorudur.

Qalib Ağayev

Cavanşir Abdullayevdən sonra Qalib Ağayev Milli Bankın sədri təyin olunub.

Q.Ağayev Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.

Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb.

Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin olunub. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilib. 

Elman Rüstəmov

Azərbaycan Respublikası Milli Bankının üçüncü sədri Elman Rüstəmov olub.

Elman Rüstəmov 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.

1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib.

1980-ci ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb. 1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 

1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
E.Rüstəmov 2000, 2005, 2010, 2015, 2020-ci illərdə yenidən Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilib.

2022-ci il tarixində Milli Məclisin qərarı ilə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən və sədrlikdən azad olunub.
    
Taleh Kazımov

Elman Rüstəmovdan sonra Mərkəzi Bankın sədri vəzifəsinə Taleh Kazımov təyin edilib.

Taleh Kazımov ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. 

Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.

O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə işləyib.

2007-ci ilin iyulundan "PAŞA Bank"da fəaliyyətəi başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ilin dekabrından "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib, 4 il sonra isə Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edilib. 12 aprel 2022-ci il tarixində keçirilən plenar iclasda səsvermə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin