Avstriya şirkəti "Qazprom"la müqavilələrdən çıxacaq
Avstriya hakimiyyəti əvvəllər ölkənin OMV neft-qaz konserni tərəfindən Rusiya qazının tədarükü ilə bağlı müqavilələrdən çıxış yolu hazırlamalıdır.
Valyuta.az xəbər verir ki, bunu ölkənin energetika naziri Leonore Qevessler deyib.
"Biz OMV müqavilələrindən çıxış yolu hazırlamalıyıq", deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə əməkdaşlıq və böyük həcmdə təbii qazın alınması ilə bağlı müqavilə öhdəlikləri Rusiya qazının Avstriyadakı payının bu qədər böyük olmasının digər səbəbi olub.
Yanvarda Avstriyanın OMV neft-qaz şirkətinin nümayəndələri Rusiya qazının Ukrayna vasitəsilə ölkəyə tədarükünü dayandırmaq təhlükəsi barədə məlumat vermişdilər. Şirkətin məlumatına görə, 2023-cü ildə Rusiyanın qaz nəhəngi “Qazprom” 2040-cı ilə qədər uzunmüddətli müqavilədə razılaşdırılmış bütün qaz həcmlərini çatdırıb. Ötən ilin dördüncü rübündə şirkət ayda 5,3 TVt/saat yanacaq alıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay