
12.02.2024 / 09:48
Tanınmış teleaparıcı bu dövlət qurumunda yeni vəzifəyə getdi
42102
"Xəzər" televiziyasının tanınmış aparıcısına yeni vəzifə verilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər xidmətinin aparıcısı Azər Teymurlu müvafiq əmrlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azər Teymurlu "Xəzər" televiziyasında şef redaktor vəzifəsində çalışıb. O, bir sıra önəmli layihələrin - "Aktual qonaq", "Yaşıl ekran" verilişlərinin və xəbərlər xidmətinin aparıcısı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay