Dünya
11.02.2024 / 10:04
Macarıstanın Baş naziri: “Qlobal iqtisadiyyatda Qərbin hökmranlıq dövrü başa çatıb”
42075
Qərbin dünya iqtisadiyyatında hökmranlığı dövrü başa çatıb və onun ağırlıq mərkəzi Asiya-Sakit Okean regionuna keçir.
"Report"un “Die Presse”ə istinadən məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə söhbətində deyib.
"Biz dünya iqtisadiyyatında epoxal dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin hökmranlığı sona çatıb. Qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələrin olduğunu qəbul etdik. Dünya iqtisadiyyatının ağırlıq - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya qayıdır. Dünya iqtisadiyyatının nüvəsi artıq transatlantik deyil, Trans-Sakit okean regionundadır", - Orban deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay