BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
42058

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanılmış cinayət işi üzrə həbs edilən 4 zabitin işi eyni icraatda araşdırılır. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadədir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan işdə hazırkı mərhələdə şahidlər dindirilir. 

Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim işləyən mayor Səbuhi Məmmədov bu iş üzrə şahid qismində tanınıb. Məmmədov cinayət baş verən dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, bir müddət sonra isə fərqli vaxtlarda iki hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Həmin dövrdə həm liseydə, həm hərbi hissələrdə ümumilikdə 4 milyon manat civarında maliyyə yeyintisi müəyyən edilib. Bu məbləğin 3 milyon 450 min manatı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aşkarlanıb. Şahid hakim qarşısında mənimsəmə mexanizmi haqda danışıb:

“57 müəmmalı şəxsin adına plastik kart açılıb, onlara pul köçürülüb. Ona görə müəmmalı şəxs deyirəm ki, həmin kartların real sahibləri mövcud deyildi, “ölü canlar” idi. Ağlımıza gələn 8 rəqəmi deyirdik, həmin rəqəmlər şəxsiyyət vəsiqəsi kimi qəbul edilirdi. Ona uyğun da plastik kart hazırlanırdı. Kartlar hazırlanandan sonra siyahını komandirin qarşısına qoyurduq. Komandir də bir-bir hamısını yoxlayası deyildi ki hansı realdır… Qol çəkirdi, vəssalam”.

Əvvəlki şahidlər də ifadələrində mövcud olmayan adamların adına plastik kartlar açıldığını demişdilər. Bu hal hər dəfə prokuror Fuad Musayevdə marağa səbəb olub:

“Gələn deyir ki, olmayan adamın adına pul köçürülüb. Nə deməkdir bu, belə şey olar?..”

Təqsirləndirilən Cəlal Kazımov prokurorun təəccübünə reaksiya verib. Kazımov şahidin dediklərini nağıl adlandırıb. 
Ətraflı

Maraqlıdır ki, şahid Məmmədov işlədiyi yerlərdə mənimsənilən pulların demək olar, 90 faizini təftişə verib, 10 faizi özünə qalıb. Məsələn, yoxlamaların birində 715 min manat mənimsəmə müəyyən edilib. Məmmədov həmin məbləğin 651 min manatını təftişçi Sadıq Sadıqova verib. Başqa bir yoxlamada 700 min manatın 630 minini təftişə verib:

“Digər şahidlərdə təftişə verilən pul 30 faiz olub. Sizə qarşı bu münasibətin səbəbi nə idi, demək olar, 90-ın 10-a işləmisiz. Nə var əlinizdən alırdılar, sizin marağınız nə idi ki, bu işə əl qoyurduz?”, - deyə prokuror Musayev ritorik sual verib.

Müttəhim general Məmmədovun vəkilinin təftişlə bağlı sualı zamanı məlum olub ki, təftişçi Sadıq Sadıqov şahiddən aldığı 600 min manatı özünə götürüb. Sadıqov bu haqda şöbəyə məlumat verməsə də, bir müddət sonra üstü açılıb. İstintaq vaxtı bu epizod üzrə şahidlə Sadıqov arasında üzləşmə olub.

S.Məmmədovun cinayət baş verən dövrdə işlədiyi yerlərdə mənimsənilən vəsaitdən ümumilikdə 399 min manat özünə qalıb. Həmin məbləğin isə hələ ki 20 min manatını dövlətə geri ödəyib. 

Hakim qarşısına çıxarılan digər şahid isə Mirseyid Eyvazovdur. Eyvazov əvvəl təftişçi, sonralar isə Hərbi Polis İdarəsinin maliyyə-xidmət şöbəsində işləyib. Şahidin dediyinə görə, hərbi hissələrin birində təftiş keçirən vaxt oranın maliyyə-xidmət rəisindən 20 min manat pul alıb. Həmin pulun 10 minini rəisi - Müdafiə Nazirliyinin Nəzarət və təftiş şöbəsinin müdiri Rafael Xələfova verib. 10 min manat isə özünə qalıb.

Şahid hərbi polisdə maliyyə-xidmət rəisi işlədiyi müddətdə keçirilən yoxlama zamanı da külli miqdarda mənimsəmə qeydə alınıb. İstintaqla müəyyən edilib ki, Eyvazov işlədiyi dövrdə özünə 700 min manat pul qalıb. Həmin məbləğin 400 min manatını dövlətə geri ödəyib.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2 il əvvəl həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu mədrəsə MMC-yə çevrilir

“Bakı Kart”ın operatoru nizamnamə kapitalını azaldır

Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? – Rəsmi AÇIQLAMA

Konstitusiya Məhkəməsinin hakimi yola salınır

ABŞ-da xaos: Limanları idxal olunan avtomobillərlə dolub

Dünyanın ən bahalı şirkəti məlum oldu: "Apple" birinciliyini itirdi

ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

“Aqroservis”in həbsdə olan sabiq vəzifəli şəxsinə hökm oxunub

Azərbaycan şirkətinə əlavə maya qoyuldu - 143 milyonu keçdi

Sabah Bakıda yağış yağacaq

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

Alman maşınları bahalaşdı - Bazarda son vəziyyət

Prezident: COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq

"İnstagram" bu funksiyasını dəyişəcək

Xanlar Vəliyevin yeni vəzifəsi məlum oldu

Şərurlu İsfəndiyardan daha bir şikayət: "18 ildir mənə 73 min dollar borcludur"

Hakim yarım milyonluq qızıla görə tutulanların həbsinin davamına qərar verdi

İnvestisiya şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək – Rəsmi tarix açıqlanıb

Sağlam olan 26 nəfərə "yararsız" sənədi verilib, 36 nəfər isə yararsız olduğu halda xidmətə çağırılıb

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin