Statistika
10.02.2024 / 22:22
Azərbaycan Permdən meşə məhsulları idxalını 25 %-ə yaxın artırıb
42055
Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm bölgəsindən 13,6 min kubmetr meşə məhsulları alıb.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,8 % çoxdur.
Təkcə yanvar ayında "Rosselxoznadzor"un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsi Azərbaycana ixracı nəzərdə tutulan 6,1 min kubmetr meşə məhsullarını yoxlayıb.
Laboratoriya müayinəsi zamanı ixrac məhsullarında zərərli orqanizmlər aşkarlanmayıb və məhsullara 55 fitosanitar sertifikatı verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay