Avstraliya yeni nəsil PUA istehsalına 260 milyon dollar sərmayə qoyacaq
Avstraliya hökuməti yeni nəsil hərbi pilotsuz təyyarələrin istehsalına əlavə 400 milyon Avstraliya dolları (260 milyon dollar) sərmayə qoyur.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin müdafiə sənayesi naziri Pat Konroya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, MQ-28A Ghost Bat “Boeing” korporasiyasının Avstraliya bölməsinin döyüş tapşırıqları da daxil olmaqla geniş spektrli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Agentlik Konroydan sitat gətirir: "Bu, 50 ildən artıq müddətdə Avstraliyada işlənib hazırlanmış, dizayn edilmiş və istehsal edilmiş ilk hərbi təyyarədir. Bu, müdafiə sənayemizin innovativ inkişafını vurğulayır".
Artıq ölkə hakimiyyəti 10 pilotsuz uçan aparatın istehsalına təxminən 390 milyon dollar xərcləyib.
2024-cü ilin əvvəlində Avstraliya hökuməti Lockheed Martin-in yerli törəmə şirkəti ilə GMLRS (Guided Multiple Launcher Rocket System) idarə olunan raketlərinin istehsalı üçün 24,7 milyon dollar dəyərində müqavilə imzalayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay