Avropa Komissiyası İsveçin “Şimal axını” ilə bağlı qərarını qəbul etdi
Avropa Komissiyası (AK) açıqlamasında bildirib ki, İsveçin “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqatı bağlamaq qərarını qəbul edib.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
AK qeyd edib ki, Danimarka və Almaniya araşdırmalarını davam etdirir.
İsveç prokuroru Mats Ljungqvist ölkənin uyğun olmayan yurisdiksiyasına görə "Şimal axını" və "Şimal axını 2" boru kəmərlərində baş verən insidentlərlə bağlı istintaqın dayandırıldığını açıqlayıb. O, Almaniyanın araşdırmanı davam etdirəcəyinə aydınlıq gətirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bildirib ki, Rusiya Şimal axınında baş verən partlayışlarla bağlı dəfələrlə məlumat tələb edib, lakin heç vaxt ala bilməyib.
Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib ki, onlar İsveçin “Şimal axını”nda baş verən hadisələrlə bağlı təhqiqatının bağlanmasını qeyd ediblər. O, əlavə araşdırmalar üçün məsuliyyətin Aİ üzv dövlətlərinin üzərinə düşdüyünü vurğulayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay