BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
41905

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley əvvəlki uğursuz səsvermədən sonra qanun layihəsinə və onun islahat paketinə parlamentdə baxılmasına davam etməmək qərarına gəlib. 

Valyuta.az xəbər verir ki, bunu Deputatlar Palatasında “Azadlıq gəlir” hökumət alyansının rəhbəri Oskar Saqo LN+ telekanalına açıqlamasında deyib.

"Qanun layihəsinə daha Konqresə göndərildiyi formada baxılmayacaq", - parlamentari jurnalistlərlə söhbətində aydınlıq gətirib.

Onun sözlərinə görə, Miley qanun layihəsini daha da dəyişdirməkdə heç bir məna görmür. Saqo istisna etmir ki, hökumət planlaşdırılan islahatları parlament vasitəsilə ayrıca qanun layihələri şəklində həyata keçirməyə qərar verəcək. Bu, martın 1-də başlayacaq növbəti sessiya zamanı baş verə bilər.

Deputatlar Palatası qanun layihəsinə bütövlükdə təsdiq edildikdən sonra fevralın 6-da maddə-maddə baxmağa başlayıb. Lakin sonradan görüş dayandırılıb. Bu, dövlət başçısına parlamentdən yan keçərək fəaliyyət göstərmək üçün xüsusi səlahiyyətlər verən maddələrin rədd edilməsi ilə bağlı olub. Sənəd parlament komissiyasında baxılmaq üçün geri qaytarılıb. Miley onların əleyhinə səs verən deputatları cinayətkar adlandırıb. Qanunvericilik təşəbbüsləri paketinin geri qaytarılması təşəbbüsü “Azadlıq gəlir” blokuna məxsus olub.

Argentina hökuməti keçən il dekabrın 28-də parlamentə hərtərəfli islahatlar haqqında qanun layihəsinin ilk variantını təqdim edib.

Fevralın 2-də Argentina Konqresinin binası yaxınlığında respublika prezidentinin təkid etdiyi islahatlara etiraz aksiyası keçirilib. Nəticədə asayiş keşikçiləri etirazçılara qarşı qaz və dəyənəklərdən istifadə edərək insanları yolun hərəkət hissəsindən səkiyə itələyiblər

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb

Sabah bəzi yerlərdə yağış yağacaq

7 gün ardıcıl iş olmayacaq! - TƏQVİM

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

Komitə sədri: "Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur"

SİMA ilə mənzil almaq niyə mümkün deyil? - Araşdırma

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

İcbari sığorta üzrə ödənişlər 20 milyon manatdan çox artıb

Gələnilki artımlar kimləri əhatə edəcək?

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)

Fitch Solutions: Qarabağın bərpasına 2027-ci ilə kimi 29 mlrd. manat investisiya planlaşdırılıb

Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub - Siyahı

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub - Siyahı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin